19 fevral London-da “İranda etnik peroblem” adına keçirilən konfransda Azərbaycan Milli cəbhəsinin ifadə edilən rəsmi mövqeyi
Soyuq savaş bitdikdən dərhal sonra kommünizm-libral demokrasi qarşı durması öz yerini millətlərin oyanışına buraxmışdır. Uluslar arası münasibətlərə hakim olan ideolojik yanaşma tarixin qaranlıqlarına buraxilmiş və millətlər haqlı olaraq öz kimlik və kültürlərini anlamağa başlamışlar. Əslində bu növ təkamül istiqamətinə hakim olan diyalektik ruh daha öncə də mövcud idi. Yəni 1789-ci il Böyük Frsansa İnqilabından sonra sekular zehniyət ortaya çixar çixmaz milli dövlət olma istəyi sürətlə dünya xalqlarinin gündəminə oturmuş ve 20-ci əsrin başlarına qədər bir çox milli dövlətləer qurulmuşdur. Lakin 1917-ci Rusiyada baş verən sosialist inqilabından sonra millətləşmə hərəkətinin sürəti azalmış ve ideolojik cəbhələşmələr meydana çıxmışdır. Soveytlər Birliyi dağıldıqdan sonra təkrar millətəşmə və milli dövlət olma dalğaları qabarmağa başlamışdır. Birləşmiş Millətlərə üzv olan dövlətlərin sayı təkrar artmışdır. Bu arada bunu da söyləməkdə fayda var ki, tarixin, olaylara bu cür ideolojik yanaşma dövründə də Güney Azərbaycanda milli haqq anlayışını Azərbaycanən milli siyasətçiləri tariximizdə canlı tutmağı başarmışlar. 21 Azər ve Pişəvəri öndərliyində baş verən hadisə söylədiklərimizin təşxisi üçün münasib örnəkdir.
Bu gün isə həm dünyaya, həm Orta Doğuya və həm də İrana hakim olan münasibətlərin mahiyəti fərqli durumdadır. Avropa Birliyi dövlətlər layik dövlət olma üzərinə israrlarını sürdürməkdələr. 2004-cü ildə Romada Avropanın uzun müddətli gələcəyini təsiri altına alan bir anlaşma imzalandı. Müselman ölkələrdən yalnız Türkiyənin qatıldığı və imza atdığı bu anlaşma törənində bu ölkələrin uzun və´dədə siyasi idarə olunma şəkli müəyyən edildi. Bu ölkələr dinin siyasəttən ayrı qalması üçün anlaşdılar.
Modernizmin dalğaları bəlkə bir az gec, ancaq hər halda İslam ölkələrini də öz təsiri altına almışdır. Bu səbəbdən də İndonoziya örnəyində olduğu kimi bir çox ölkələrdə ən təbii milli haqqları inkar edilən millətlər bir oyanış mərhələsinə qədəm qoymuşlar.
İnsan haqqlarının və demokrasinin vaz keçilməz prisiplərindən biri də milli haqqlardır. Milli haqlar ugruna İranda yaşayan millətlərin yeni bir tarixi mərhələyə girdiklərinə şahid olmaqdayıq. Bu millətlərin haqlarını mudafiə etmək üçün daxildə və xaricdə qurulan müxtəlif təşkilatlar milli oyanış hərəkatının görünən zahiri tərəfidir. Millətlərin milli davranışlarında, hadisələrə yanşma tərzlərində və milli ruhlarında isə böyük bir oyanışın ortada olduğu bir gerçəklikdir. Bu oyanışın yaradacağı tarixi hadisələrə bəlkə gələcək zamanlarda şahid ola biləcəyik.
Biz, Azərbaycan Milli Cəbhəsi olaraq Güney Azərbaycanda milli haqlarımızı çağdaş, sivil, insan haqlarına uyğun şəkildə və demokratik yollarla mudafiə etməyə çalışırıq. Bu səbəbdən də öz milli haqlarımızla bağlı olaraq bəzi mülahizələrdə bulunmaq istərdik.
Hər kəsə məlumdur ki, Pəhləvi rejimi Fars irqçiliyinə dayanan, insan haqlarına və millətlərin haqqına hörmət etməyən qeyri-insani bir rejim idi. Pəhləvilərin zamanında millətlərin ruhuna elə zərbələr vurulmuş ki, bu təxribatı ortadan qaldırmaq hələ də zaman tələb etməkdədir. İranda inqilab oldu, rejim dəyişdi, lakin pəhləvilərin mirası olan başqa millətlərin haqlarına vəhşicəsinə hörmətsizlik etmək davranışı dəyişmədi. Fars şovinizminin programları bu dəfə də Ümmətçilik adı ilə qədd ələm elədi. İslamın zatında və mahiyətində millətlərin haqlarına ehtiram hissi israrla vurgulansa da Fars şovinizminin əlində oyuncağa dönüşən dini müqəddəsat da millətlərin asimilə edilməsi üçün bir vəsilə olmuşdur.
Azərbaycan Milli Cəbhəsi, Güney Azərbaycanla ilgili olaraq İran adilə məcbur halda
birləşməyə inamı yoxdür, bəlkə Azərbaycan millətinin tarıxı torpaqlarında azad seçkilərlə özü – öz taleyını əldə etməyə inanır və üç əsas prinsibi özünə rəhbər etmişdir:
1.Parlment
2.icra hakımıyyətı
3.muasır hüqüq sistiminə görə məhkəmələrin yaranması .
Bu üç prinsiblərin mətiqindən yola çıxaraq özünə məxsus strateji və mübarizə taktikası müəyyən edən Azərbaycan Milli Cəbhəsi sekular düşüncə tərəfdaridir. Millətimizin dini ehtiyaclarına sayqılı olmaqla, hörmətlə yanaşmaqla birlikdə dini inancların Fars şovinizmi tərəfindən pis niyyətlə asimilasiyun alətı kimi istifadə edilməsinə şiddətlə qarşı çıxmaqdayıq.
Azərbaycan Milli Cəbhəsi belə hesab edir ki, Fars şovinizminin təxribatını əngəlləmək üçün milli sitəm altında yaşayan bütün millətlər bir yerdə muasır olmayan və qeyri-insani siyasətə qarşı mübarizə aparmalıdırlar. Ortaq məzlumiyyətə məruz qaldığımız üçün bir birimizi daha rahat anlaya bilərik. Bu gün İranda milli sitəm altında bütün milli dəyərlərini itirmkdə olan millətlərin birinci və gerçək müttəfiqləri özləridir. Yəni Türk, Türkmən, Ərəb, Bəluç və Kürd olaraq Fars şovizminə qarşı birlik cəbhəsi təşkil edilməlidir. Qələbənin təməlində də bu birlik düşüncəsinin və duyğusunun ortaya qoyulması durmaqdadır. Yaşanmasi mümkün olan və insani bir dünyanın bərpa edilməsi üçün bu birliyə ehtiyac vardır.
Başarılar arzusu ilə
Azərbaycan Milli Cəbhəsi