Hörmətli vətəndaşlar!
Bildiğiniz kimi 1324-cu günəş ilinin şanlı 21 azər günü ərəfəsindəyik. Özünün illər, iranda pəhləvi hakimiyyətinin ədalətsiz atəşində yanan azərbaycan milləti, zülm qarşısında ayağa qalxıb bu tarixi gün, azərbaycan demokrat firqəsinin qocaman rəhbəri, xalq xadimi Mir Cəfər Pişevəri və onun məsləkdaşları, demokrat firqəsinin rəhbərliyi altında öz muqqədəratların əldə etməklə güney azərbaycanın milli hökümətin yaratdılar.
Xalqımızın bir il öz mədəni, ictimai, iqtisadi və siyasi həyatlarına hakim oldu. Bu müddətdə iranın mərkəzi hökümətinin ağır təzyiqlərinə baxmayaraq, bütün sahələrdə inkişaf istiqamətində günü-gündən irəliləyirdi və bu qələbə dostları sevindirib və düşmənləri xususi ilə irtica quvvələrin narahat edirdi. Bu milli və tarixi gün bütün vətəndaşlarımıza mübarək olsun. Təəsüflə mərkəzi hökümətin mürtəciləri qabaqdan xarici müstəbid dövlətlərin himayətin əldə etdikdən sonra 1325-ci günəş ilinin azər ayı, azad seçimlər bəhanəsi ilə
azərbaycana qoşun hissələri yeridib və azərbaycanın milli hökümətin qanla boğdu. Böyük arzularla yanan azadlıq məşəli yenidən söndü. Qara terorlarda, dar ağacları altında, qaranlıq zindanlarda, işkəncələrlə məzlum xalqımıza divan tutuldu. Bu qeyr insani və dəhşətli yürüşlərdə çeşitli qaynaqların verdikləri məlumata görə şəhidlərin sayı 40 min nəfər çevrəsində qeyd olmuşdur. İnanırıq ki, tarix bir nəslin göz yaşların, ah və fəryadını unutmuyacaqdır. Azərbaycan milli cəbhəsi dərin hiss ilə bütün şəhidlərimizə ulu tanrıdan
rəhmət diləyir və cinayətkarları qınayıb və öz nifrətin bildirir.

Əziz vətəndaşlar!
1324-cu ilin şanlı 21 azər günündən buraxılan təsirlərdən bir neçəsin belə demək olar:

  • 21 azər azərbaycan millətinin milli hərəkətinin canlı tarixidir!
  • 21 azər azərbaycan türklərinin milli varlığına xor baxanlara ittiham namədir!
  • 21 azər milli şuurun canlanmasında, milli isarətə son  oymaqda, milli azadlıqa çatmaqda ən yüksək rol oynayacaqdır!

Azərbaycan Milli Cəbhəsi
2004-12-12
İsveç-Malmö

Share.
Leave A Reply