Azərbaycan Mİlli Cəbhəsinin Novruz bayramı təbriki
Əziz həmvətənlər!
Qara qışın ömrü artıq sona çatıb. Novruz bayramı və yeni ilimiz artıq qapılarımızı döyməkdədir. Millətimizin ən əziz və qədim bayramı olan novruz aydınlıqdır, duruluqdur, yeni əhval və ruhiyyədir.İl, fəsil karvanının qədəmlərinə səpilən bir dolça nurdur.
Hələ çox qədimlərdən insanlara ilin necə keçəcəyini novruzun gəlişilə əlaqələndirirdilər.
AMC, Bu əziz gündə xalqımızın sevincinə şərik olur və bu münasibətlə bütün vətəndaşlarımızı ürəkdən təbrik edir və yeni ilin millətimiizə xeyirli, uğurlu olmasını arzu edir.
30 ildir ki, İran İslam rejiminin qeyri demokratik davranışları islam namınə davam edir. Təəssüflə vətəndaşlarımızın iqtisadi, ictimai, siyasi və mədəni durumu daha aşağı səviyyəyə enmişdir. Hakimiyyət tərəfindən xalqa göstərilən ağır işkəncələr, edamlar və başqa bu kimi qeyri insani hərəkətlər hələ də davam etməkdədir. Elə buna görə də hakimiyyət, xalqın inamını heç vaxt qazana bilməyəcəkdir. Əgər İran İslam rejimi öz xeyrini güdmək məqsədilə müxtəlif səylər göstərirsə, bu onlara ancaq qısa bir zaman üçün kömək edə bilər. Amma heç vaxt istismar altında yaşayan bir xalq, öz mənfəətlərini həyata keçirmək və bu yolda qeyri demokratik üsullara əl atan hakimiyyətə qarşı hər zaman barışmaz olacaqdır.
2006-ci ilin may ayında Azərbaycan xalqının qiyamı, İranda yaşayan digər millətlərə və dünya qüdrətlərinə, habelə mövcud rejimə bir daha sübut etdi ki, azərbaycanlılar həqiqətən güclü demokratık idarəçilik bacarığına malıkdır.
AMC neçə illərdir ki, cənubi Azərbaycan xalqının acınacaqlı durumununu görür və İran hakimiyyətin bu xalqa qarşı törətdiyi qeyri demokratik hərəkətlərini dunya ictimaiyyəti qarşısında ifşa edir. Artıq bu yolda müsbət addımlar atılmaqdadır. Ümumiyyətlə
soydaşlarımızın arzu və istəklərini həyata keçirmək amacı bu gün bütün düşüncə və duyğuların birləşməsinə və milli azadlıq uğrunda səfərbərliyə gətirib çixarır. Bu bizim məqsədimizdir.
AMC əmindir ki, gün gələcək bütün Azərbaycan xalqı bahar bayramının gəlişini yurdumuzun uca dağları başında Dədə Qorqud tonqallarını yandıraraq soydaşlarımızı təbrik edəcək.
Bir daha Bahar bayramınızı və yeni ilinizi təbrik edirik və bu şərəfli mübarizəmizdə qoy hamımıza uğurlar olsun!!
Azərbaycan Milli Cəbhəsi (AMC)
18-3-2009
İsveç- Malmö