Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən atəşə məruz qalmışdır
Biz Azərbaycan Milli Cəbhəsi olaraq, İran islam hökumətinin, bu təcavüzkar əməlinə görə, şiddətlə qınayırıq və kəskinliklə Azərbaycan dövlətinin yanındayıq.
Azərbaycan Milli Cəbhəsi
Malmö-İsveç, 5 Mart 2026-cı il


