Views: 0
Əziz həmyerlilərimiz, bacılar və qardaşlar!
Sevindirici haldır ki, bu gün qəlbində odlar yurdunun rəmzini gəzdirən və bu odun istisindən alovlanan hər bir Azərbaycanlı özünü vətəni naminə fəda etmiş ulu Babəki yad etmək üçün Bəəz qalasına toplaşıblar. Biz fəxr edirik. Fəxr edirik ki, ulu Babəkin adı məhz Azərbaycan tarixinin səhifələrində işıqlandırılıb. Biz fəxr edirik ki, indi hər bir Azərbaycan övladı Babəki tanıyır. Onun qüdrətindən ilham alır. Onun yolunu davam etmək əzmindədirlər. Bu gün biz bunun canlı şahidi olduq. Sevinirik ki, elimizin azadlığı, rifahı uğrunda özünü fəda etmək istəyən gənclərimiz çoxdur. Bu həqiqətən təqdirə layiqdir. Amma biz, mübarizəmizi silahla yox, sözlə, qələmlə irəli sürməliyik. Bu yolda heç bir insanın qanının axıdılmasına razı deyilik. Biz sülhlə irəliləcəyik və bu yolda mütləq qalib gələcəyık. Çünki yolumuz haqqədalət yoludur.
Əfsuslar olsun ki, bizim çilğın (istiqanlı) gənclərimizin yolunu azdıran, onları çaşbaş salan, düşmənçilik amalı ilə bu yolu ləkələyən mövcudlar da aramızda az deyil. Amma biz izin verməməliyik ki, belə mövcudlar öz prinsiplərini yürütmək üçün gənclərimizin çılğınlığından
istifadə etsin. Biz gənclərə düz yol göstərməli, onları səbr və düzgünlüklə hərəkət etməyə dəvət etməliyik. Onları təhlükəli hərəkətlərdən çəkindirməliyik. Bu bizim ən önəmli məsələmizdir. Biz hüquqlarımızı yalnız səbrli olmaqla qazanmalıyıq. Gəlin atalarımızın kəlamını unutmayaq Deyir: … “igidin igiddən üstünlüyü onun səbrli olmasındadır”..
Əziz vətəndaşlarımız! Bunu bilin ki, haqq haradadırsa ədalətdə oradadır.
Biz bir daha Babəkin dünyaya göz açması münasibətilə el oğul və qızlarımızı təbrik edirik. Haqq yolumuzda qoy
Tanrı bizə yar olsun!.. Amin!
Azərbaycan Milli Cəbhəsi
2003-07-09
İsveç-Malmö