Əsasnamə

Yurdumuz Azərbaycan dünyanın ən gözəl və zəngin və qədim ölkələrindən biridir. Buna görədə qədim çağlardan, böyük parlaq mədəniyyət ocağı tanınmışdır. Quzey Azərbaycan müstəqil ölkə kimi bütün sahələrdə inkişaf etsədə, ancaq Azərbaycan millətinin çoxluğun təşkil edən cənubi azərbaycanlılar, bu gün İranın siyasi xəritəsində yerləşiblər və bu ölkədə yaşayan əhalinin yarısından çoxunu təşkil edən Azərbaycan türklərinin, istər tarixi, mədəniyyəti, istərsədə dili özəlliklə bu son əsirdə yadların ayaqları altına atılıbdır. Bu onu bir daha sübut edir ki, sistematik ziddi-insani metodlarla yaşadığımız çağdaş əsirdə bu millətin ulu varlığı asimilə siyasəti ilə yoxa çıxır!! Bu fəlakətlərə son qoymaq üçün, “Azərbaycan Milli Cəbhəsi” vətəndaşlarımızın milli tələblərini həyata keçirilməsi yolunda çeşidli ictimai, siyasi şəxslərdən və qruplardan ibarət aşağıdakı məsələlərdə müştərək fikirlər üzərində yarandı.

1-birinci maddə:

Azərbaycan milli cəbhəsinin proqramı və insanı-demokratik istəkləri 14 maddədən ibarət 2003-ci il mart ayının 21 də yayılan müraciətdə qeyd olduğu kimi aşağıda göstərilir:

1.1) Beynəlxalq ölçülərə dayanaraq, tarixi torpaqlarımızda yaşayan hər bir insanın milli hüquqlarının qorunması, hər bir vətəndaşın seçim haqqının tanınması, milli quruluşlarımızın (parlament, icra hakimiyyəti və məhkəmələr) yaranması.

1.2) Dünya insan haqqları elamiyyəsinin icrası.

1.3) Azərbaycan xalqının müstəqil bir millət kimi öz dil, ədəbiyyat, tarix və mədəniyyətinin qoruyub saxlanması, azadlığı yolunda iqtisadi, ictimai və siyasi sahələrin genişləndirilməsi.

1.4) İnsani birlik və müsavatın yaranması, təbiz və ayrı-seçməliyin aradan getməsi: cinsi, dil, din, siyasi etiqad və irq ayrı seçkiliklər.

1.5) Dövlət və hakimiyyət qurumunun, din qurumundan ayrı olması: sekular.

2-ikinci maddə:

Azərbaycan milli cəbhəsinin üzvləri, digər milli orqan və partiyalar aşağıdakı şərtlərlə fəaliyyət göstərməlidir:

2.1) Siyasətdə etimad qazanmaq üçün milli dayaqlara söykənməli, yadlara bağlılıqdan uzaq olmalı.

2.2) Demokratik prinsiplərə əsaslanıb başqalarının fikir, rəy, təklif və siyasətlərinə hörmətlə yanaşmalı.

2.3) Azərbaycan milli cəbhəsinin məqsədinə nail olması üçün, ən ümdə məsələ kimi milli hərəkata inanmalı.

3-üçüncü maddə:

Azərbaycan milli cəbhəsinin orqanları:

  1. Qurultay
  2. Azərbaycan milli cəbhəsinin şurası
  3. İcra heyəti
  4. Mərkəziyyət (dəbirxana) və təşkilat orqanları
  5. Xəzinəçi (Maliyyə)
  6. Eyitim (təlim) və proqram
  7. Təbliğlər və təşviqlər (rəvabit imumi)
  8. Təşkilat
  9. Təhqiqat
  10. Ehtiyac olursa orqanların sayını artırmaq

3-1: Qurultay: Qurultaya siyasi orqan və partiyalardan seçilənlər təmsilçilərdən ibarətdır. 3 ildə bir dəfə qurultay keçirilməlidir:

Birinci qeyd: cənubi Azərbaycanda, ölkə xaricində, ümumiyyətlə dünyanın bir çox coğrafiya bölgələrində orqanizə şəklində fəaliyyət göstərən siyasi partiyalar, milli qruplar və digər ictimai toplumlar öz təmsilçilərini qurultaya göndərməlidir.

İkinci qeyd: üzvlərin qurultayda iştirakları seçim prinsiplərindən asılıdır və bu sahədə şura tərəfindən müəyyən zabitə hazırlanmalıdır.

Üçüncü qeyd: birinci qurultay təşkil olunana qədər təsisçilər heyəti, şuranın və icra heyətinin vəzifələrini daşımalıdırlar və uyğun zaman və məkan içərisində milli cəbhənin sağlam gücünə dayanaraq, nəhayət demokratik qurultayın səsi ilə vəzifəsini başqa vətəndaşlarına dövür edəcək.

3-2 Milli cəbhənin şurası: Ümumiyyətlə cəbhənin şurası 9 nəfər əsli üzv 5 nəfər ələlbədəl üzv və 3 nəfər müfəttişdən ibarətdir ki qurultay tərəfindən gizli səslə seçilib və gələn qurultayadək vəzifə daşımalıdırlar.

Qeyd: ələlbədəllər üçün 9 nəfər əsli üzvdən sonra qalanlar 5 nəfərədək artıq səs olanlar sırayla seçiləcəklər. Əks təqdirdə ələlbədəllər üçün yenidən səs alınacaqdır.

-Şuranın vəzifələri:

3.2.1) Qurultayın seçdiyi stratejiyə nəzarət etmək.

3.2.2) İcra heyətinin təkliflərinə qərar vermək.

3.2.3) Milli və siyasi cəmiyyətlərin və partiyaların üzv olması ilə bağlı qərar vermək.

3.2.4) Şuranın və başqa orqanların səs və təkliflərinə qərar vermək.

3.2.5) Yoxlama və araşdırma komissiyasını yaratmaq.

3.2.6) Şuranın normal iclası ayda bir dəfə keçirilməlidir və icra heyətin bu iclaslarda iştirakı önəmlidir.

3-3 İcra heyəti: Bu orqan qurultay tərəfindən seçilir və növbəti qurultayadək öz fəaliyyətini dəvam etməlidir. İcra heyətin vəzifələri: icra heyəti bir başa Azərbaycan milli cəbhəsinin qanunu təmsilçisidir və onun vəzifələri aşağıda qeyd olunur:

3.3.1) Qurultayın qərarlarına əsaslanaraq mübarizə, strateji və taktiklər yolun seçməsi

3.3.2) Orqan və təşkilatlarda fəallıq göstərənlər arasında vəzifə bölgüsünün aparılması

3.3.3) Bütün maliyyə xərclərinin büdcəyə görə iləri aparılması və ilk büdcə proqramının şuraya təqdim edilməsi

3.3.4) İcra heyətinin və onun təşkilat orqanlarının icra prinsiplərinin həyata keçirilməsinə məsullaşdırmaq.

3.3.5) Milli şuranın qərarından sonra mövcud platforma içərisində ayrı ayrı şəxslər, siyasi qruplarla, habelə ictimai təşkilat və orqanlarla əməkdaşlığın aparılması

3.3.6) Bütün danışıqların, qərarların və xərclərin protokolun hazırlayıb, münəzzəm şəkildə saxlanması

3.3.7) İllik raportun şuraya təqdim edilməsi ümdə məsələ kimi qurultayın qarşısında məsulluğun daşınması

3.3.8) İcra ediləcək fərmanların təşkilat və orqanlara göndərildikdən sonra nəzarətin edilməsi

3.3.9) Vəzifə daşıyan orqanlar icra heyətinin nəzarəti altında olmalı.

3-4 Mərkəziyyət dəbirxana və təşkilat orqanları: Vahidlər arasında əlaqə yaratmaq və icra heyətin qərar və nəzərlərini digər orqanlara çatdırmaq və sənədləri saxlamaqdan ibarətdir

3-5 Xəzanədar (Maliyyə): Bu orqanın vəzifəsi büdcəni hazırlamaq və bəlli qaynaqlardan maliyyə yardımı almaqdan ibarətdir. Bütün maliyyə məsələləri mərkəzi orqanın əsasnaməsi üzərində həyata keçirildikdən sonra, sənədlər mərkəzi şuraya göndrilməlidir. bütün gəlir mənbələr (kansetlər, sərgilər və sairə…) mərkəzi şuranın icazəsi ilə həyata keçirilir.

3-6 Eytim (Təlim) və proqram: Bu orqanın vəzifəsi cəbhənin siyasi və ictimai sahələrində, eyni zamanda gündəlik məsələlər və cəbhənin mübarizə yolu ilə bağlı bilgi verməkdir.

3-7 Təbliğlər və təşviqlər (rəvabit ümumi): Bu orqanın vəzifəsi cəbhənin həm daxilində və həmdə xaricində azərbaycanlılar ilə əlaqə yaratmaqdır bəyannamələr, qəzetlər və digər nəşriyyatlar icra heyəti tərəfindən hazırlanıb yayılmalıdır. müsahibələr, konfransları hazırlamaq və çeşidli vəsait ilə cəbhənin siyasi fikirlərin və proqramların yaymaq. Milli cəbhənin maraqlarını əhatə etmək üçün əlaqələrin bütün bölgələrdə rabitə, nəşriyyat,radio və sayır… orqanlar milli cəbhənin strateji çərçivəsində icra heyətinin tərkibində fəaliyyət göstərməlidir. Yerli əhalinin dilində müsahibələrin, verilişlərin keçirilməsi yalnız icra heyətinin qərarından sonra həyata keçə bilər.

3-8 Təşkilat: Üzvlər qəbul etmək, orqanlar təşkil edildikdən sonra bu orqanlar arasında əlaqələrin və maraqların yaradılması

3-9 Təhqiqat: Bu orqanın məsulu (sorumlusu) milli şura tərəfindən seçilir və vəzifələri aşağıdakı kimi ibarətdir:

3.9.1) İcra proqramların təşkili və onun sərəncam raportlarının şuraya təqdim edilməsi

3.9.2) Orqanlara namizəd olanların səlahiyyət verdikdən sonra raporları icra heyətinə təqdim etmək.

3.9.3) Şəxslərin səlahiyyətlərin müəyyən mərhələlərdə hazırlamaq.

3.9.4) Şəxslərin və cəbhənin işləri haqqında tənqid, şikayətlərin nəticələri haqqında raporları görəvi daşıyanlara təqdim etmək.

3.9.5) Bütün vəzifələr və səlahiyyətlər haqqında təhqiqatla bağlı prinsip proqramı hazırlayıb, qərar çıxarılması üçün şuraya təqdim etmək.

3.9.6) Səmərəli sənədlər və mədrəklərin qaynağın tanımaq, daxildə və xaricdə olan qruplara şamil olan sənədləri (mətbuat, nəşriyyat) toplayıb və faydalanmaq.

4-üncü maddə:

Üzvlük, onun şərtləri və hüquqları:

4.1) Rəsmi üzvlər milli cəbhənin təşkilat orqanı tərəfindən üzvü olanlardır. üzvlər aşağıda göstərilən şərtləri riayət etməlidir:

4.1.1) Milliyyəti azərbaycanlı və 18 yaşından yuxarı olmalı.

4.1.2) Milli cəbhənin əsasnaməsini qəbul etmək.

4.1.3) Kənar təşkilat və partiyalara üzv olmamalı.

4.1.4) Kriminal işlərdən uzaq olmalı və cəbhənin prinsiplərin riayət etməli.

4.1.5) Üzvlük haqqları vaxtında ödənilməli. Üzvlüyə qəbuldan sonra həmən şəxsə təşkilat tərəfindən üzvlük kartını təqdim etməli.

4.1.6) Üzv əsasnamə üzərində davranışmasa aşağıdakı kimi cəzalanacaqdır:

şəfahı ixtar – kətbi ixtar – vəzifədən çıxarmaq, üzvlükdən bir il kənar (məəlləq) saxlamaq və üzv hüquqlarından məhrum etmək – üzviyyəti ləğv etmək.

4.2) Qruplar: Qruplar üç cür olaraq rəsmi üzvlərdən, bağlılardan və himayə darlardan ibarətdir.

4.2.1) Rəsmi üzvlər: Siyasi, ictimai və iqtisadi proqramların hazırlamasında öz fikir və səslərini söyləyən və digər üzvlərin təkliflərinə qərar verəbilər.

4.2.2) Bağlılar: ictimai, siyasi və digər mübahisəli məsələlərdə fikir ayrılığı olursada, cəbhənin ümumi stratejisini irəli aparılmasında göstərməlidir.

4.2.3) Himayədarlar: öz nəzər və diqqətlərini yürütmədən milli cəbhənin proqramlarını himayə edirlər. bu qruplar cəbhənin keçirdiyi iclaslarda və çıxan qərarlarda iştirak etmək hüquqlarına malik dəyillər.

5- Beşinci maddə:

Dünyanın çeşidli yerlərində milli cəbhə nümayəndəliklərinin təşkili (icra heyəti, şəhər komitəsi, şuradan ibarətdir)

5.1) Öz üzvlərindən çeşidli yerlərdə müvəqqəti icra heyətinin yaradılması. Bu orqan milli cəbhənin əsasnaməsi üzərində gündəlik işlərinin məsulu olacaq.

5.2) Şuralar: müvəqqəti icra heyəti geniş elmi fikirləri olan səlahiyyətli şəxsləri toplamaqdan ibarətdır. Şura icra heyəti ilə məsələləri məşvərət etdikdən sonra öz nəzərini söyləyə bilər. Şuranın tərkibi milli cəbhənin bölgədə mövcud olan üzvlərinin sayından asılıdır və onların sayı 10 nəfərdən artıq olması heyətin qərarından asılıdır. şuranın ixtiyarı və nizami, cəbhə mərkəzindən elan olunmalıdır.

5.3) Üzvü olmaq şərtləri: üzvü olmaq icra heyətinin və ya bölgədə ki komitənin ixtiyarında olan, aşağıdakı şərtlərə söykənməlidir:

5.3.1) Könüllülər ərizə yazmaqla maraq göstərir

5.3.2) Könüllüləri 2 nəfər rəsmi üzvlərin təsdiqi gərəkdir

5.3.3) Təşkilat orqanı 4-cü maddəni nəzərdə tutaraq yeni üzv haqqında bilgi topladıqdan sonra qərar verməlidir. Gərək olursa yerli icra heyətin digər üzvlərin nəzərin eşitdikdən sonra, bu üzvlərin səlahiyyəti haqqında fikir söyləyə bilər

5.3.4) Bəlli mərhələdən sonra yeni təşkilat orqanı tərəfindən ərizələr mərkəzi şuraya göndərilir və həmin şəxslərə üzvlük kartları təqdim olunduqdan sonra iclaslarda iştirak etmək üçün səlahiyyət verilir.

4) Məhəlli konfranslar: Milli cəbhənin məhəlli konfransları ildə bir dəfə təşkil olur, həmbəstə qruplardanda bir nəfər rəsmi məktub ilə tanınıb və iştirak edə bilər.

5) Seçkilər: Əgər yerli üzvlərin sayı 50 nəfərdən az olarsa bütövlüklə iştirak edə bilər. sayılar 50 nəfəri keçirsə o zaman hər 10 nəfər öz arasında bir nəfəri seçib nümayəndə kimi göndərə bilər.

6) Yerli konfransın vəzifələri: Şura və icra heyətinin raporunu dinləmək. Milli Cəbhənin amaclarını həyata keçirmək üçün sağlam fikir söyləməklə yeni icra heyətinin və ya şuranın seçilməsi.

7) Konfransın fövquladə keçirilməsi: Əgər yerli icra heyəti öz vəzifəsinin öhdəsindən gəlməsə və ya istefa edərsə, habelə milli cəbhənin stratejisini düzgün istiqamətə yönəltməsə, belə təqdirdə yerli şura milli cəbhənin mərkəzinə xəbərdarlıq etməli və prinsiplər çərçivəsində yeni icra heyəti seçilməlidir. Yeni icra heyəti seçilənə qədər mərkəziyyət tərəfindən bir neçə nəfər səlahiyyətli şəxslərə yerli icra heyətinin fəaliyyətini dəvam etdirmək üçün müvəqqəti hüquq verilir.

6- Altıncı maddə:

Məsuliyyətdən çəkilmək: Məsul üzvlərin hər biri aşağıda göstərilən məsələlərə görə öz səlahiyyətlərindən uzaqlaşdırılır.

6.1) İstefa etmək və bu istefa icra heyəti tərəfindən təsdiq olunması.

6.2) Əgər məsul üzvü səfərlərə gedərkən yerli icra heyyətinə bir ay öncə xəbər verməsə

6.3) Əgər ardıcıl olaraq üç dəfə iclaslarda iştirak etməzsə.

7- Yeddinci maddə:

Bu əsasnamə 7 maddədən ibarət olaraq Azərbaycan milli cəbhəsinin təsisçi heyətinin 2 may 2003 tarixinin iclasında təsvib olunub.

İzah:

  1. Bu əsasnamə orijinal ilə müqayisə və eynidir. Başqa nüsxə bu nüsxə ilə fərqli olarsa etibarsız sayılacaq.
  2. Bu əsasnamə 2016-ci ilin mart ayında yeniləşmişdir və orijinal ilə tutuşdurarkən eynidir.