Fars xalqının ziyalıları və siyasi cərəyanlarının başçılarına müraciət!

0
25

Fars xalqının ziyalıları və siyasi cərəyanlarının başçılarına müraciət!
Azərbaycan türk xalqı adına, sizlərə müraciət edib və bildirmək istərdik ki, icazə verməyin irtica rejim iranda, millətlər arası münasibətləri gərginləşdirməklə sizin adınızdan su istifadə etsin. İrtica bu yolla qiyamı gözdən salıb, sindirmaq istəyir. İranda yaşayan bütün xalqlar bərabər huquqa malikdirlər. Heç bir xalqın və heç bir insanın bir birinə üstünlüyü yoxdur və heç birinində bir- birini təhqir və istiza etmək haqqı yoxdur. Mübariz və demokrat insanlari digər xalqlarının(türk, ərəb, kürd, bəluç, lor və sayir ziyalıları və mübariz insanları kimi, irtica dəyirmanında əzilir və zindanlarında işkəncə olunurlar.
Fars xalqının böyük ziyalıları, yazarları, şairləri və tanınmış mübariz və demokrat insanları
olmuşdur. Bu gündə onları özünüzə örnək götürün və icazə verməyin ki, irtica quvvələri sizin adınızdan başqa xalqları təhqir etməklə ölkədəki millətləri qarşı- qarşıya qoysun. Hafizdən nəsihət alın, o deyir ki : Yeki əst türki və tazi dər in məamlə Hafiz, Hədis eşq bəyan kon be hər zəban ke to dani.
Övladlarınıza Hafiz nəsihəti verin. Onlara deyin ki, istadiyonlarında türkləri nalayiq sözlərlə
təhqir etməsinlər. Bu sözlər ilə sizin övladlarınız sizin mədəniyyətinizi aşağıladırlar. Xalqlar arası münasibətləri gərginləşdirmək olduqca təhlükəli və qorxuncudur. Bu təhlükənin
qarşısının alınmasında sizlərin böyük rolunuz ola bilər. İrticanın dəyirmanına su tökməsinin
qarşısını alın! Əks halda tarix bunu sizlərə bağışlamıyacaqdır!

Azərbaycan Milli Cəbhəsi (AMC)
2018-01-07

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here