İranin muasir tarixində dövlətlə millət arasında hər zaman geniş uçurumun şahidi olmuşuq. Bir tərəfdən demokrasinin olmamasi və digər tərəfdən isə əsaslı islahatların aparılmamasi bu uçurumu günü-gündən dərinləşdirir. Dövlətin güc və yumruğundan istifadəsi hər zaman millətin muqaviməti ilə raslaşmışdır və bu ziddiyyətlərdə özü-özlüyündə dərin iqtisadi, ictimayi və siyasi bohranın yaranmasına səbəb olmuşdur və nəticədə yaranmış bohranlar, millət ilə dövləti qarşı qarşıya qoymuşdur.
Ordunun və polis quvvələrinin vəzifəsi ölkənin təhlükəsizliyini və millətin asayışını qorumaq
üçündür. Amma bizim ölkəmizdə təəssüflə ordudan və digər hərbi qüvvələrdən dövlət
tərəfindən millətin haqq səsini kəsmək üçün bir qüvvə kimi istifadə edilməkdədir. Amma
bunlara baxmıyaraq sonunda xalq tərəfindən devrilmiş irticai dövlət məğlubiyyətə uğrayan
zaman, həmən ordunu özü qurbanlığa çevrilmişdir. Acı təcrübə ondan ibarətdir ki, diktatorluqla hakimiyyət edən dövlət başçıları sonunda fərari olub və özlərinin yerinə ordunu qurban verirlər. Bunun üçün 1978-ci il İran Şahı Məhəməd Riza Pəhləvi bariz nimunədir. Siz, hərbiçilərimiz, polislərimiz bizim zəhmətkeş, zülm və basqı altında yaşayan millətimizin ovladlarısınız. Zülm əleyhinə qalxmış millətimizə atəş açmayın, qan  ökülməsinə səbəbkar olmayın!
Biz Azərbaycan Milli Cəbhəsi olaraq sizlərə üz tutub deyirik ki, öz ana-bacılarınızın,
qardaşlarınızın və nəhayət öz ovladlarınızın harayına səs verin, xalqın tərəfində olun və
bununlada irticanın cinayətlərinə şərik olmayın. Belə halda xalq ürəyində əbədi yaşayacaqsınız!

Azərbaycan Milli Cəbhəsi (AMC)
2018-01-15

Share.
Leave A Reply