Mənuçehr Əzizi-Xaricədə yaşayan hörmətli azərbaycanlılara müraciət

0
17

Xaricədə yaşayan hörmətli azərbaycanlılara müraciət Mən güney azərbaycanda ciddi fəaliyyət aparan günəş partiyasının elçisi kimi, avropa güney azərbaycan xalqının milli huquqlarının müdafiəsi uğrunda fəaliyyət edən azərbaycanlılarla görüşüb maraqlanmaq əsasında , onların gecə-gündüz çalışmalarından qurur hissi duyaraq, məni hörmətlə alqışlayıb məqsədlərimi öyrənməkdən dərin təşəkkurlərimi və minnətdarlığımı bildirirəm.
Mən bu səfərdə hörmətli soydaşlarıma apardığım anlaşmalardan çox müsbət nəticələr əldə etdiyimdən, yeni və ağır məsuliyyətlərin düşüncələrinə məruz qalaraq ,onlardan törənmiş təklifləri, güneyin bu gün ki ağır durumundan çıxış yolunun sarsılmaz bir addımı kimi, siz hörmətli soydaşlarıma araya qoyuram və əminəm ki məni güneyin düzgün təmsilçisi kimi qəbul etdiyiniz şərtlə, aşağıdakı irəli surduyum təkliflərə razılaşacaqsınız.

  1. Güney öz sarsılmaz milli hərəkatının müsbət nəticələnməsində, sizdən böyük bir alternativ və möhkəm dayaq kimi təcili ardıcıl maddı yardım diləyir. Bu diləyin möhkəm nəticələnməsi uğrunda, bütün soydaşları birliyə haraylayaraq, başqa məhrum millətlərin bu sahədə apardıqları ciddi çalışmalarından ibrət almağı xatırlayır.
  2. Güneyin içində boğulmuş haqlı istəklərini dünya səviyəsinə qaldırmaq üçün, dünya görkəmli və eşidəcəkli, dulğun və ciddi proqramları televizya və radyo vasitələrinə həyati ehtiyac vardır. hələlik” Ana Yurdu “televizya verilişlərini gücləndirməyi tələb edərək, başqa kanalların açılmasını çox zəruri sanır.
  3. Dözülməz təhqirlərə məruz qalmış güneyin haraylarını birləşmiş millətlər təşkilatına və insan huquqlarını qoruyan orqanlara çatdırmaq uğrunda dünya azərbaycanlıları, güney azərbaycan problemlərini rəhbər tutmağa çağıraraq, yalnız bu məqsədlə bütün
    arzularımızın həyata keçməsinə əmin olduğumuzu, məqsədə uyqun sanırıq.
  4. Günəş partiyası, güneylə əlaqədar, dünyada aparılan fəaliyyətləri, dahada məqsədə uyqun və qənaət bəxş olduğunu diləyərək, azərbaycan adı ilə mədəniyyətsiz təbliğat kampanyıları və güneyin gərçək problemlərindən və istəklərindən xeyli uzaq duyqusal
    xulyaların arzularında pərvaz edənləri, güneyin ciddi və ağır problemlərini dərindən düşünməyə çağırır.
  5. Günəş Partiyası xaricədə yaşayam bütün sağlam fikirli qurumların və dərnəklərin əqidələrinə dərin hörmət bəsliyərək, azərbaycan milli cəbhəsini tam məsuliyətli, güneylə xaric arasında əlaqə yaradan güneyli bir vasitə kimi təqdim edirş

Hörmətlə
Günəş Partiyası
Mənuçehr Əzizi
Malmö-İsveç

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here