Ölkədə başverən hadisələr ilə əlaqədar Azərbaycan Milli Cəbhəsinin bəyannaməsi

Dəyərli Azərbaycanlılar!
Ölkə durumunu nəzarət altında saxlamaq məqsədi ilə Tehran mərkəzi hakimiyyəti on illərdir ki, siyasi səhnədə özünün yaratdığı “islahatçılar” və “qaayda- qanunçular” arasında qeir təbiyi isulla balanslaşdırma oyunu aparır.
Həqiqətdə isə onların bu layhəsi (oyunu) bohranlı susyal durumu və eyni halda ölkədəki siyasi iqtisadi və milli gərginliyin simasını öt-basır etməkdən başqa bir şey deyil.
Ölkədəki bütün bu gərginliklərin əsas səbəbi movcud teokrat hakimiyyətin idarə etməsi sistemi və eləcə də ölkədəki xalqılarının siyasi- iqtisadi və mədəni istəklərinin yerinə yetirilməsidir. Elə bu səbəbdəndir ki, bir daha son günlərdə ölkənin müxtəlif bölgələrində xalq etirazlarının şahıdı oluruq. Movcud durum 1388-ci günəş ilində də Azərbaycanın müxtəlif şəhərlərində baş vermiş hadisələrin ardı və eyni halda tikrarıdır. Bütün bunlar, mərkəzi hakımıyyətlə-ölkədəki xalqların arasında olan dərin siyasi bohranın movcudluğundan xəbər verir.
Bu bohrana son qoyulması üçün movcud sistemin dəyişilməsi olduqca əhəmiyyətlidir. Tarixi
təcrübələrə əsaslanaraq hər zaman olduğu kimi Azərbaycan bu gündə özünün milli siyasi istəklərini ciddi şəkildə ortaya qoymaqla ölkədəki xalqların əsas istəklərinin yerinə
yetirilməsində istiratijik siyasətini qabağa apara bilər. Belə bir tarixi imkanı buraxmaq böyük
yanlışlıqlara yol açar.
Azərbaycan siyasətçilərinin , milli-siyasi təşkilatlarının və milli fəallarının bu günkü həssas
durumunu düzgün dəyərləndirmələri, ölkədəki pan-iranist cəryanların sui istifadəsinin qarşısını ala bilər. Ona görədə Azərbaycan milli-siyasi təşkilatları və milli fəalları özlərinin tarixi və milli-siyasi vəzifələrini anlıyaraq xalq hərəkatının düzgün istiqamətdə qabağa getməsi üçün birgə hərəkət etməlidirlər. Bunun üçündə xalq tərəfindən bu günkü iqtisadi tələblərin ortaya atılması ilə yanaşı əsas milli-siyasi istəklərini də düzgün siyasi səhnəyə gətirmək lazimdir.
Siyasi durumu düzgün yöndə qabağa aparmaq məqsədi ilə və eyni halda xalqımızın əsas siyasi, iqtisadi, milli və ictimayi huquqlarını əldə etməsi üçün, beyəlxalq huququn əsas normalarından olan”müqədəratını təyin etmə” prinsipini xalqımızın və eləcə də ölkədəki digər xalqlarının əsas şuar kimi irəliyyə sürülməsi olduqca vacibdir!

Azərbaycan Milli Cəbhəsi (AMC)
2017-12-30

Share.
Leave A Reply