Əziz Azərbaycanlı vətəndaşlar!
Təxminən 30 il Ermənistan işğalında qalan Azərbaycan torpaqları, 44 günlük təhmili savaş nəticəsində düşməndən təmizləndi!
Təəssüflə bu müddətdə İran islam rejiminin Ermənistandan hər tərəfli himayəsi və milyardlar dolarlıq çeşitli rus silahları, İran vasitəsi ilə düşman ölkəsinə aparıldı. Məhz 3 min nəfər əsgər və dinc insan canlarını əldən vermiş və minlər nəfər yaralı və qazi, ikinci Qarabağ müharibəsinin ağır faciəsidir və Ermənistan tərəfinin itgisi qat-qat bundan artıqdır.
Tarixi misyasını şərəflə yerinə yetirən Azərbaycanın müzəffər ordusu, bu gün sərhədlərini bərpa edərkən, Azərbaycan qələbəsindən rahatsız olan İran islam hakimiyyəti müxtəlif bəhanələr ilə, keçən günlərdə Azərbaycan sərhədlərinə qoşun yığıb və hərbi təlimlər keçirməyə məşğul olmuşdur.
Əziz vətəndaşlar!
Bildiyiniz kimi, beynəlxalq aləmində etibarını itirən və xarici, daxili siyasətdə uçuruma uğrayan və başqa tərəfdən də Azərbaycan ordusunun qələbəsindən rahatsız olan İran islam hökumətinin sərhədlərdə Azərbaycan cümhuriyyətinə qarşı davranışları heçdə təsadüfü hal deyil. Onlar çalışır məntəqədə yeni bir böhranlar yaradmaqla aşağıdakı, hədəflərinə nail olsunlar:
1. İranda vətənsevərlik duyğusu ilə bütün cəmiyyətin rəğbətini qazanaraq, hakimiyyətin ömrünü uzartsın!
2. Ermənistana moral versin!
3. Azərbaycan cümhuriyyətinə hərbə- qorxu gəlsin!
4. Güney Azərbaycan türklərini qıcıqlandıraraq, onları vaxtı, şəraiti yetmədən hədəfsiz bir hərəkata yönətsin və beləliklə milli fəallarımıza təzyiqləri və basqıları artırsın!
Biz Azərbaycan milli cəbhəsi olaraq, İran islam hökumətini, iki üzlü siyasətlə təcavüzkar əməllərinə görə, şiddətlə qınayırıq və Azərbaycan dövlətinin tam yanındayıq!
Bu gün İran silahlı quvvələrində olan azəbaycanlılara üz tutub deyirik ki, islam donuna bürünmüş İran rejiminə vaxtında… Yox deyin! O zaman Azərbaycan milləti, sizi isti bağrına basacaq və xalqımızın şərəfli əsgərləri sayılacaqsınız! O günə çox qalmayır!
Azərbaycan Milli Cəbhəsi (AMC)
3 oktyabr 2021-ci il