Əziz Azarbəycanlı Vətəndaşlar!

Azərbaycan Milli Cəbhəsi qarşıdakı imkanları nəzərə alaraq hesab edirki, bu sarsıntılı vəziyyətin iflası heç bir halda uzaqda deyil və buna hazır olmaq lazımdır. Açıq deyək ki,İrandakı mövcud vəziyyət son nəticədə təkcə İslam Respublikası hökumətinin yox, həm də müxtəlif müxalif qrupların, İranda yaşayan millətlərin milli huquqlarının tanınmamasına, nəhayət İranın siyasi strukturunun çökməsinə gətirib çıxaracağına inanırıq.

Belə bir həssas şəraitdə Azərbaycan Milli Cəbhəsi, bütün fəal siyasi cərəyanları, ictimai birlikləri birmənalı olaraq Azərbaycanın müstəqilliyi haqqında fikir ayrılıqlarını bir kənara qoyub, kəkələmədən və var gücü ilə prosesin qurulmasına kömək etməyə çağırır!

Bu bildirişlə xalqımizı, siyasi-ictimai qrupları ayıq-sayıq olmağa, İranda baş verən hadisləri daha yaxından izləməyə və səylərimizi, güclərimizi birləşdirərək Güney Azərbaycanın müstəqilliyini əldə etməsi üçün mübarizəmizi daha da gücləndirməyə, daha da məqsədyönlü addımlar atmağa səsləyirik!

Güney Azərbaycan daxilində şəraitə uyğun, mexanizmləri əldə edərək, mərkəzi qərargahda kollektiv rəhbərliyi formalaşdırmaq, tam hazırlıqla bəyannamə verməyə və milli hərəkatlara rəhbərlik etməyə qəti şəkildə inanırıq!

Azərbaycan Milli Cəbhəsi (AMC)
12 Yanvar 2026-ci il

Share.

Comments are closed.