Azərbaycan milli cəbhəsinin novruz bayramı münasibəti ilə azərbaycan xalqına təbriki
Əziz həmvətənlər, qeyrətli bacı və qardaşlarımız!
Min illər boyu dədə babalarımız baharın gəlişini min arzu və istəklə bayram etmiş, pislikləri, ağrı və acılarını su üzərində axıtmış, odda yandırmış, gözəl niyyətlərin bir boğda dənəsində, səməni diyərək bəsləmişdi. Min illərdir məqlubiyyətin acısı, qələbənin sevincləri bizləri
izləmiş, bu günümüzə qədər yaşadmışdır. Bayram tonqalında, misri, koroğlu havasında, Babək, Cavidan yaddaştı ilə şəhid qanı ilə yuyulub arındıq. Bizləri xainlər, satqınlar, Cəlladlar sindira bilmədi. Səttar xan, Xiyabani, Pişəvəri və bütün şəhidlərimizin ruhu bizimlədir. Bu əziz bayram günündə qəhramanlarımız yellərin qucağında, odun istisində, suyun əfaflığında
torpağın əzəmətindədir.
Əzizlərimiz! Hamınızı, Hamımızı, qondağdakı ana laylası, çiçək sud qoxulu balalarımızı, ağ birçək və ağ saqqalarımızı, bacı və qardaşlarımızı novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, sizə uğurlar arzulayırıq. Uca tonqalarımız gür yansın, sularınız bol axsın, Havanız təmiz, torpağınız bərəkətli olsun.
Azərbaycan Milli Cəbhəsi
21 mart 2003
İsveç-Malmö