Views: 0
Əziz Azərbaycanlı vətəndaşlar!
Bir çox analitiklər hesab edirlər ki, İrandakı siyasi vəziyyəti təhlil etmək, yəqin ki, heç vaxt indiki qədər çətin olmayıb. Bu vəziyyət beynəlxalq sistemdə baş verən struktur dəyişiklikləri ilə izah olunur. Bəzi beynəlxalq münasibətlər nəzəriyyəçiləri bunu ABŞ-ın Şərqi Asiyaya daha çox diqqət yetirməsi və Yaxın Şərqin əhəmiyyətinin azalmasının nəticəsi kimi izah edirlər. Təbii ki, bu vəziyyətin regionda və İranda hakim siyasi sistemin ayaqda qalmasına təsirini nəzərdən qaçırmaq olmaz. Hesab edirik ki, indiki çaşqınlıq beynəlxalq münasibətlər sistemini düzgün dərk edəbilməməyimizdən deyil, İranın ictimai-siyasi quruluşunu düzgün anlamamağımızdan qaynaqlanır.
İranın hal-hazırkı xaotik ictimai-siyasi durumuna nəzər salmaq bizə İrandakı sosial çöküşü və nəticədə yaxınlaşan siyasi çöküşü aydın görməyə imkan verir. Belə bir real vəziyyəti siyasi polemikadan uzaq görə bilmək üçün bizə ancaq cəmiyyətin müxtəlif təbəqələrinin həyat şəraitinin qərəzsiz təhlili və müşahidəsi lazımdır.
Azərbaycan Milli Cəbhəsi qarşıdakı imkanları nəzərə alaraq hesab edirki, bu sarsıntılı vəziyyətin iflası heç bir halda uzaqda deyil və buna hazır olmaq lazımdır. Açıq deyək ki, İrandakı mövcud vəziyyət son nəticədə təkcə İslam Respublikası hökumətinin yox, həm də müxtəlif müxalif qrupların, İranda yaşayan millətlərin milli huquqlarının tanınmamasına,nəhayət İranın siyasi strukturunun çökməsinə gətirib çıxaracağına inanırıq.
Belə bir həssas şəraitdə Azərbaycan Milli Cəbhəsi, bütün fəal siyasi cərəyanları, ictimai birlikləri birmənalı olaraq Azərbaycanın müstəqilliyi haqqında fikir ayrılıqlarını bir kənara qoyub, kəkələmədən və var gücü ilə prosesin qurulmasına kömək etməyə çağırır!
Bu bildirişlə xalqımizı, siyasi-ictimai qrupları ayıq-sayıq olmağa, İranda baş verən hadisləri daha yaxindan izləməyə və səylərimizi, güclərimizi birləşdirərək Güney Azərbaycanın müstəqilliyini əldə etməsi üçün mübarizəmizi daha da gücləndirməyə, daha da məqsədyönlü addimlar atmağa səsləyirik!
Azərbaycan Milli Cəbhəsi (AMC)
21 noyabr 2021-ci il
e-mail: info@aznf.org