Əziz azərbaycanlı vətəndaşlar,
1324-cı günəş ilinin şanlı 21 Azər günü ərəfəsindəyik. Bu tarixdə Azərbaycan milləti, İranda Pəhləvi hakimiyyətinin zülmünə qarşı ayağa qalxıb Azərbaycanın zəkalı oğlu Mir Cəfər Pişevəri və onun məsləkdaşları demokrat firqəsinin rəhbərliyi altında öz muqqədəratların əldə etməklə güney azərbaycanın milli hökumətini yaratdılar. Xalqımız bir ildə, öz mədəni, ictimai, iqtisadi və siyasi həyatına hakim oldu. Bu şanlı gün münasibəti ilə bütün vətəndaşlarımızı təbrik edirik!
Təəsüflə mərkəzi hökümətin mürtəciləri öncədən xarici müstəbid dövlətlərin himayəsini əldə etdikdən sonra 1325-ci ilinin azər ayı, azad seçimlər bahanası ilə Azərbaycana qoşun hissələri yeridib və Azərbaycanın milli hökümətin qanla boğdular. Böyük arzularla yanan azadlıq məşəli yenidən söndü. Qara terorlarda, dar ağacları altında, qaranlıq zindanlarda, işkəncələrlə məzlum xalqımıza divan tutuldu. Bu qeyri insani və dəhşətli təqiblərdə çeşitli qaynaqların verdikləri məlumata görə şəhidlərin sayı təxminən 40 min nəfər çevrəsində qeyd olmuşdur. İnanırıq ki, tarix bir nəslin göz yaşlarını, ah-fəryadını unutmuyacaqdır.

Əziz vətəndaşlar,
1324-cı ilin şanlı 21 Azər günündən buraxılan təsirlərdən bir neçəsini belə deməkolar:(günün xalqımızın siyasi, ictimai həyatında, özünü dərketməsindəburaxdığıizləribelə ifadəetmək olar)

  1. 21 Azər azərbaycan millətinin milli hərəkatının canlı tarixidir!
  2. 21 AzərAzərbaycan türklərinin milli varlığına xor baxanlara ittihamnamədir!
  3. 21Azər milli şuuruncanlanmasında, milli əsarətə son qoymaqda, milli azadlıqa
    çatmaqda ən yüksək rol oynayacaqdır!

Əziz vətəndaşlar,
Bu günkü möhtəşəm Güney Azərbaycanın milli hərəkatının gücünü azaltmağa çalışanlar var: İran İslam hökumətinin müxalifəti, hətta rejim daxilindəki pan-iranistlər və sairə
yenə fars mehvərli İran rejimini qorumaq amacı ilə bu günkü etirazların keçirilməsində
yüksək rol oynayırlar. Ona görədə bu gün İranda artıq sistem dəyişməkdə, daha biz
Azərbaycan türklərinin öndə getməsi zəruri deyil! Təəssüflə bəzi muhacirətdə yaşayan
vətəndaşlarda Azərbaycan milli hərəkatının prinsiplərinın pozmasına və hərəkatı mənimsəməyə can atmaqdadırlar. Məhz tarixi faciələri görə-görə bu qeyri- demokratik
hərəkətlərə zərərdən başqa nə demək olar?!
Azərbaycan Milli Cəbhəsi, hal-hazırda ölkədə və regionda baş verən hadisələri nəzərə
alaraq, nəhayət İranın siyasi strukturunun çökməsinə gətirib çıxacağına inanır. Bəs
daxildəki həssas durumu anlamadan Güney Azərbaycan milli hərəkatının prinsiplərini
pozan və daxildə milli fəallarımıza çətinlik törədən muhacirətdəki bəzi vətəndaşlara,
qurumlara bir daha xatırlatmalıyıq ki, bu gün Güney Azərbaycanda atılan bütün addımlar, verilən qərarlar, real durumu nəzərə alaraq daxildən, toplum tərəfindən idarə olunmalıdır! Nəhayət xalqımız uyğun bir zaman və şəraitdə öz milli dövlətini yaradıb və qorumağına hamımız bütün varlığımızla inanırıq!

Azərbaycan Milli Cəbhəsi (AMC)
9 dekabr 2022-ci il
İsveç, Malmö

Share.
Leave A Reply