Açıqlama
Dünyanın dörd tərəfində yaşayan milli haqları uğrunda, milli mədəniyyəti yolunda, milli azadlığı üçün çalışan bir qurup azərbaycanlının üç il gərgin əməyi nəticəsində, 21.03.2003 tarixində Azərbaycan Milli Cəbhəsi (AMC) İsveçdə yarandı.
Azərbaycan Milli Cəbhəsinin mərami və amalı
Azərbaycan Milli Cəbhəsinin məqsədi tanıdığımız başqa klasik cəbhələr kimi bir neçə partiya, təşkilat və orqanın bir cəbhə çatısı altında birləşib fəaliyyət göstərməyi deyil. Bizim fikirimizcə bu cəbhənin məramı tam fərqilidir. Biz bu cəbhəni yaratmaqla fərqli fikir sahibləri olan partiya, təşkilat, cəmiyyətləri bir müştərək amal – Azərbaycan məsələsi ətrafında bir araya gətirmək, bir hədəfə vurmaq üçün fəaliyyətlərimizi daha da mütəşəkil şəkildə bir yerdən yönəltməkdir. Yəni bunu “fikir cəbhəsi” də adlandırmaq olar.
Azərbaycan Milli Cəbhəsi (AMC) çalışır ki, Güney Azərbaycandaki millətimizin bəşər huquqları əsasında öz taləyini, muqəddəratını təyin etmek kimi müqəddəs bir yolda bütün Azərbaycan quvvələrini aralarındakı fikir ayrılığına baxmayaraq onları bir araya toplayıb, birlikdə mübarizəyə ən son amacı fəth edənə qədər rəhbərlik etsin.
Azərbaycan Milli cəbhəsi (AMC)
2011.08.23
Malmö – İsveç