Views: 0
Əziz vətəndaşlar,
Bildiyiniz kimi Ermənistan, Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və ətraf 7 rayonu 30 ilə yaxındır ki, işğal altında saxlayır və 1 milyondan artıq insan öz torpaqlarından didərgin düşmüşdür. Azərbaycanın 20% işqal olunmuş torpaqlarını dərhal boşadmaq üçün, BMT-nin 4 dənə: (822, 853, 874, 884) qətnamələri 1993-ci ildə mütləq təsdiq edilsədə, Ermənistan rejimi buna məhəl qoymayıb və hətta Azərbaycanı yeni torpaqlar tutacaqları ilə hədələyirlər. 2020-ci il iyulun 12-sində Ermənistan hərbi quvvələri çox strateji əhəmiyyətə malik Tovuz rayonunun kəndlərini aramsız artileriya atəşinə tutdu və nəticədə 12 hərbiçi və 1 mülki şəxs həlak oldu. Aradan çox keçmədən sentyabr ayının 27-si səhər tezdən Azərbaycan cəbhə xətti boyu silah səsləri ilə oyandı. Bu Ermənistan Silahlı Quvvələrinin yeni hərbi təxribatı idi. Artıq 5-ci gündürki, erməni hərbi birləşmələri 4 istiqamətdən ağır silahlarla hucum edərək bir daha dünyaya öz işğalçı, qəsbkar simalarını göstərdilər. Azərbaycan Ordusu əks-hucum əməliyyatı keçirmiş və duşmənin cavabını layiqincə vermiş, neçə-neçə kəndlərimizi, strateji yüksəklikləri geri almışdır. Hərbi çatışmalar nəticəsində həm Azərbaycan ordusunda, həm mulki əhalı arasında itkilər var. Allah dünyasını dəyişən bütün vətən övladlarına rəhmət eləsin! Başın sağ olsun vətən! Hal hazırda da Qarabağımızı azad etmək üçün qızğın döyüşlər gedir. Şanlı Azərbaycan ordusuna qisa bir zamanda az itkisiz Qarabağımızı və işğalda olan bütün vətən torpaqlarını azad etməyi və zəfər çalmağı arzu edirik!
Azərbaycan Milli Cəbhəsi olaraq bizim də həm öz həmvətənlərimizə, həm İran dövlətinə, həm də dünya ictimaiyyətinə müraciətimiz var:
- Azerbaycan Milli Cəbhəsi Azərbaycan Respublıkasının Ermənistanın hərbi təcavüzünə qarşı əks-hücümünü, onun Qarabağı artıq 30 il masa üzərində qalmış və kəsərini itirmiş qətnamələrlə deyil döyüş meydanında azad etmək mövqeyini dəstəkleyir.
- İran hökümətinin Ermənistanı silah-sursatla,yanacaqla, ərzaqla təmin etməsini və ya ölkə ərazisindən Rusiya tərəfindən göndərilmiş bu qəbildən olan yüklərin daşınmasını habelə İrana müxtəlif ölkələrdən gətirilmiş terrorçu yaraqlıların Ermənistana keçməsini qinayırıq və bu əməllərin bir daha tekrar olmamasını tələb edirik.
- Güney Azərbaycanda soydaşlarımızı İran dövlətinin insanlığa, müsəlmanlığa siğmayan bu iki üzlü siyasətini qinamaq üçün öz təşəbbüsləri ilə etiraz etməyə səsləyirik.
- Beynəlxalq təşkilatlardan, xarici ölkələrin dövlət rəhbərlərindən Azərbaycanın haqq işində – öz ərazisinin uzun illərdən sonra bərpa olunmasında, əzəli torpağı olan Qarabağın erməni terrorçularından azad olunmasında,1 milyondan artıq qaçqın və köçkünlərin öz torpağlarına geri dönməsində ona dəstək olsunlar.
- Azərbaycan Silahli Quvvələrinə ancaq zəfər arzu edirik! Bu arada Azərbaycan dövlətinin tam yanındayıq!
Azərbaycan Milli Cəbhəsi (AMC)
2 oktyabr 2020-ci il
e-mail: info@aznf.org