Cari ilin Noyabr ayının 15-ində səhər çağı saat 06:30 rədələrində güney Azərbaycanın görkəmli simalarindan olan, həyatını vətəninin işiqli gələcəyinə, Ana dili, tarixi,
mədəniyyətinin bərpasına sərf edən, tanınmış siyasətçi, ictimai xadim və nəhayat haq – ədalət yolçüsü, günəş partiyasının sədri Mənuçehr Əzizi Avropaya işguzar səfərə gələrkən, Tehran havalimaninda İran hakimiyyəti tərəfindən musafirətinin qarşısı alınmışdı.
Azərbaycan millətinin yalnız- yalnız huquqlarının qaytarılmasına çalışan Əzizi cənabları bu gün Avropa müsafirətindən məqsədi yeni yaranan Azərbaycan milli cəbhəsi ilə görüşüb, Xalqın milli huquqlarının qayıtması haqqında demokratik çixiş yollarının axtarılması idı.
Təsüfflə, İran hakimiyyəti, radikal yollarla bu şəxsiyyəti təhqir və ruhi işkəncəyə məruz qoymaqla dünyaya demokratiyadan haq-ədalətdən çox- çox uzaqda olduğunu bir daha sübut etmiş oldu.
Əslində Mənuçehr Əzizi-nin Avropa görüşləri güney Azərbaycan ücün uğurlu olarkən, İran hakimiyyətinində zidinə atılan bir addım dəyildı. Bəlkədə O coğrafiyada mədəni hərəkətlərin çiçəklənməsinə daha faydalı ola bilərdi.
AMC fəaliyyətin İran çərçivəsində mədəni və ələni şəkildə davam edir və buna görədə Günəş partiyası bizlə yol yuldaşı olubdur. Təsüfflə hakimiyyət içərisinə soxulan şovinistlər belə yaramaz hərəkətlərə əl vurmaqla, çalışırlar Azərbaycanlıların mədəni hərəkətlərin radikal istiqamətə soq etsinlər və belə geyr insani davranışlar eliyə bilər xususən Azərbaycan Türklərinin gənc nəsli içərisində hakimiyyət üçün mənfi təsir yaradsın. Buna görə AMC dərin bir təssüff hissi ilə bu bəyanati vətəndaşlarımıza və bütün azadixah insanlara çatdırır.
Azərbaycan milli cəbhəsi bu gün dünyanın hər bir yerində yaşayan, millətindən asılı olmayaraq haq-ədalət üçün, ömrünü insan huquqlarının bərpasına sərf edən insanlardan və orqanlardan təkidlə xahiş edirki, demokratiyanı uca tutaraq, İran dövlətindən aşağıda
göstərilən iki mətləb tələb etsinlər:
- Mənuçehr Əzizinin canının qorunması və onun xaricə müsafirətinə yol verilməsi!
- İran huküməti, Güney Azərbaycanda milli mədəni və insan huquqlarının demokratik hərəkətlərində çətinliklər törədməsin!
Azərbaycan Milli Cəbhəsi
2003-11-15
İsveç-Malmö