Qəhrəman babəkin yoluna davam verən azərbaycan qeyrətli milləti!
Azərbaycanın tarixi ulu qəhrəmanı Babək Xurrəmdin, yirmi yaşından başlayaraq yirmi iki il yurdumuzu Əbassilər kimi işqalçı xəlifələrin təcavuzundan qoruyandan sonra, erməni Səhl ibn Səmbatın dəsisələri ilə tutularaq 222 hicri qəməridə Əraqin Samirə şəhərində xəlifə əlmotəsəmin sarayında ağır işkəncələrdən sonra, qəhramancasına canını xalqının və vətəninin uğrunda qurban etdi. Onun doğum tarixi bəlli olmasada yeddi ildən bəri
ənənəvi olaraq onun doğum günü hər il tir ayının ikinci cümə axşamı və cümə günləri, yüz minlər azərbaycanlı iyidlərin iştiraki ilə möhtəşəm və təntənəli sürətdə qeyd olunmuşdur ki bu ilin möhtəşəm mərasim günləri tir ayın 11 və 12-ci günlərinə düşərək yüz minlər azərbaycanlı iyid babək qalasına toplaşacaqlar. Lakin hər il ki kimi xalq ara pozqunluq məqsədi ilə bu möhtəşəm günləri başqa günlərə salmaq istəyən kimsələr, bu il də həzrət fatimə zəhra (s) nin bir rəvayətlə qeyr rəsmi vəfat gününü bəhanə edərək bu möhtəşəm mərasimi bir həftə gecikdirmək qərarına gəlmişlər. Hal bu ki, 1383-cu il təqvimi ilə o həzrətin vəfat günü qırmızı xətt ilə yazılmış çərşənbə günü tir ayının 31 qeyd olunmuşdur. Adətən İran təqvimlərində qırmızı xətt ilə qeyd olunan günlər və rəsmi tətillər, qara
xətti ilə qeyd olunmuş rəvayətə görə möhkəm etibarə malikdir.
Hər il tir ayının ikinci cümə axşamı və cümə günləri ənənəvi olaraq qəhrəman babəkin doğum gününü yalnız xalqımızın böyük milli bayramı kimmi qeyd edərək, xalqımızın milli və mədəni haqlarının ödənilməsi uğrunda fəryadlı möhtəşəm çıxışlar və etirazlar edilərək və hər il ki kimi təfrəqə salanların və ondan faydalanların nadancasına məqsədləri poça çıxacaqdır!

Azərbaycan milli cəbhəsi- Günəş Partiyası
1373-03-07 Günəş ili
2004-05-27 miladi
Malmö-İsveç

Share.
Leave A Reply