Səadət Qapıların Açmalıyıq!

0
23

Səadət Qapıların Açmalıyıq!

Əziz Həmvətənlər!
Carı il Ordibeheşt ayının 22 sində, İran islam dövlətinin rəsmi orqanı sayılan” İran Ruznaməsi”nin, türklərə qarşı təhqirli hərəkəti hamıya və hamımıza bir daha subut etdi
ki, hakimiyyət daxilində yuva salan pan iranistlərin millətimizə qarşı, inadçılıqları birinci dəfə dəyil və sonuncuda olmuyacaqdır. Milli varlığımızın keşiyində dayanan, azərbaycan övladları xususi ilə ” universitətlərdə təhsil aparan gənclərimiz ,”bu neçə gündə sonsuz nifrət və etirazların “Apartayd “siyasətin imal edənlərə uca səs və möhkəm iradə ilə ,mədəni
şəkildə bildirmişlər. Xususi ilə mədəniyyət beşiyi sayılan Təbrizdə olan minlər nəfər vətəndaşların iştiraki ilə carı il xurdad ayının birində xiyavanlarda etiraz yuruyuşləri
keçirildi.
Biz Azərbaycan Milli Cəbhəsi olaraq, millətimizə qarşı aparılan bütün zid insani hərəkətləri məhkum edib və amillərinə dərindən nifrətimiz bildiririk. Hebelə elinə, obasına sadıq qalan, qeyrətli azərbaycanlı bacı və qardaşlarımızı, milli etirazlarına görə alqışlayıb və onların mədəni şəkildə canlanan milli hərəkətin ,var və quvvəmiz ilə himayə edirik.

Əziz vətəndaşlar!
Sevindirici haldır kı, Azərbaycan milli hərəkətinin təməli, güney azərbaycandır və belə düzgün istiqamətdə olması, Azərbaycan millətinin pulad iradəsindən asılıdır və heç bir xaricdə olan qrupa, təşkilata və ya xarici dövlətə bağlı dəyil. Biz əminik ki, bu milli və demokratik hərəkət, tez ya gec milli fəallarımızın aydın baxışları və müstəqil tədbir və təşəbbüsləri ilə ,nəhayət bəşər huquqları qanunu çərçivəsində, millətimizin özü-öz
taleyın əldə etmə ilə sonuclanacaqdır. Bu həqiqətə hamımız, bütün varlığımızıla inanırıq.

Azərbaycan Milli Cəbhəsi
2006-05-23
İsveç-Malmö

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here